Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Sehirli abidələr” layihəyəsnin bu dəfəki ekskursiyası “Pir Xəlil türbəsi” olub.

27.04.2024

27 aprel 2024-cü il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Siyəzən rayon üzrə

mədəniyyət müəssisələri, Siyəzən Gənclər evi ilə birgə təşkil etdiyi “Sehirli abidələr” adlı layihəyənin bu dəfəki ekskursiyası “Pir Xəlil türbəsi” oldu.

Ekskursiya zamanı bələdçi gənclərə bildirdi ki, Pir Xəlil türbəsi Siyəzən Gilgilçay qəsəbəsində

yerləşir, VIII əsr şərq memarlıq üslubunda tikilmiş abidədir. Türbədə dəfn edilmiş XVII əsr Sufi dərvişlərindən Xəlil Baba haqqında yazılı qaynaqlarda dəqiq məlumat olmadığını da vurğuladı.

Daha sonra istedadlı yeniyetmə və gənc rəssamlar Pir Xəlil türbəsinin şəkillərini çəkdilər.

Cənab prezident İlham Əliyevin sərəncamına əsasən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar tarixi abidənin ətrafında təmizlik işləri aparılıb.

Layihənin keçirilməsində məqsəd tarixi abidələrimizi gənc nəslə tanıtmaq, onlar haqqında ətraflı

məlumat vermək, gələcək nəsillərə aşılamaq, bu abidələrin şəkillərini rəssamların gözü ilə kağız

üzərinə köçürmək, təbiəti tullantılardan qorumaqdır.