Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Mədəniyyətimizi və incəsənətimizi yaşadaq!” mövzusunda mədəni-kütləvi tədbir keçirilib.

02.05.2024

 

01-02.05.2024-cü il tarixlərində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi və Qusar rayon mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Qusar rayon Dövlət Rəsm Qalereyasının istirahət parkında "Mədəniyyət küçəsi" layihəsi çərçivəsində "Mədəniyyətimizi və incəsənətimizi yaşadaq!" mövzusunda mədəni-kütləvi tədbir keçirilib.

Tədbirdə Qusar rayon Mədəniyyət Mərkəzi və filiallarının müğənnilərinin, saz və gitara ifaçılarının, Hil kənd Folklor evinin "Mel" folklor xalq kollektivinin, Qusar Uşaq İncəsənət məktəbinin oğlanlardan və qızlardan ibarət rəqs qruplarının çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Eyni zamanda Qusar Rəsm Qalereyasının rəsm əsərlərindən ibarət sərgisi, Qusar Tarix-Diyarşünaslıq muzeyinin qədim milli məişət əşyaları nümayiş etdirilib, eləcə də rəsm həvəskarları və incəsənət məktəbinin şagirdləri üçün ustad dərsləri keçirilib. Qusar şəhər Mərkəzi Kitabxanası tərəfindən kiçik yaşlı uşaqlar üçün"Nağıl otağı" təşkil olunub. Tanınmış rəqqas Elçin Xəlilovun rəhbərliyi ilə "Ləzginka Assa" rəqs qrupunun çıxışları da tamaşaçılar tərəfindən böyük maraqla izlənilib.