03.05.2024
03 may 2024-cü il tarixdə Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Siyəzən rayon Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin 101-ci ildönümü münasibəti ilə Siyəzən şəhər tam orta məktəblərinin şagirdləri arasında Xəmsə Milli İntellektual Oyunu üzrə rayon çempionatı keçirilib.
Siyəzən rayon Heydər Əliyev Mərkəzinin, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzən rayonu üzrə gənclər və idman sektorunun, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Siyəzən rayonu üzrə Təhsil sektorunun, YAP Siyəzən rayon Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən yarış Ümummili lider Heydər Əliyevin xatirəsinin yad edilməsi, onun azərbaycançılıq ideologiyasının gənclər arasında təbliği, gənclərin dünyagörüşünün və intellektual səviyyəsinin artırılması, intellektual oyunlara gənclərin marağının artırılması, eləcə də gənclərin asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi daşıyıb. Çempionatda qalib adı uğrunda 8 komanda mübarizə aparıb. Oyunun nəticəsinə əsasən Siyəzən şəhər 1 nömrəli tam orta məktəbin “Beşbarmaq” komandası I, şəhər 2 nömrəli tam orta məktəbin “Dejavu” komandası II, şəhər 4 nömrəli tam orta məktəbin “Gənclik” komandası isə III olub.
Yer tutan komandalar təşkilatçılar tərəfindən kubok, medal və diplomlarla təltif ediliblər.