Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Ekoloji düşüncə ailədən başlayır” mövzusunda tədbir keçirilib.

03.05.2024

 

03.04.2024-cü il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Qusar rayon Heydər Əliyev Mərkəzi və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar 15 may-Beynəlxalq Ailə Gününə həsr olunmuş “Ekoloji düşüncə ailədən başlayır” mövzusunda tədbir keçirilib. Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, mədəniyyət və digər müəssisələrinin əməkdaşları iştirak ediblər. Tədbirdə çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin məsul işçisi, yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyanın psixoloqu, şəhər 4 saylı tam orta məktəbinin təşkilatçısı çıxış edərək ekoloji düşüncə və ekoloji mədəniyyətinin yaranmasında ailənin rolundan, milli-mənəvi və ailə dəyərlərindən söhbət açıblar.

Sonda “Təbiəti qoruyaq” adlı videoçarx nümayiş olunub.