07.05.2024
07.05.2024-cü il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Siyəzən rayon Mərkəzi Kitabxanası, Siyəzən rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Siyəzən rayon Mərkəzi Kitabxanasında "9 May-Qələbə Günü" ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Siyəzən rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri və məsləhətçisi, Yeni Azərbaycan Partiyasının Siyəzən rayon təşkilatının məsləhətçisi, Siyəzən şəhər 2 saylı məktəbin şagirdləri, mədəniyyət işçiləri, iştirak edib.
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin əldə olunmasında Azərbaycan xalqının misilsiz xidmətlər göstərməsindən, azərbaycanlıların ön və arxa cəbhədə göstərdiyi qəhrəmanlıq və şücaətlərindən bəhs edilib.
Çıxış edənlər bildiriblər ki, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezident İlham Əliyev tərəfindən İkinci Dünya müharibəsi veteranları və onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində hər zaman layiqli işlər görülür.
Sonda şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.