Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Qələbə günü- bəşəri ehtiram günü” adlı tədbir keçirilib.

08.05.2024

 

08.05.2024-cü il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Xaçmaz rayon Mərkəzi Kitabxanasının Uşaq Şöbəsi və MKS-nin Gənclər kitabxana filialının təşkilatçılığı və Mehman Babayev adına 1 saylı orta məktəbin 3-cü sinif şagirdlərinin iştirakı ilə alman faşizmi üzərində qələbənin 79-cu ildönümü ilə əlaqədar “Qələbə günü- bəşəri ehtiram günü” adlı tədbir keçirilib.

İlk öncə şagirdlərlə birgə 1941-1945-ci il büstü ziyarət olunub.

Tədbirdə çıxış edənlər qeyd ediblər ki, Böyük Vətən müharibəsi illərində xalqımız həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət göstəriblər.

1941-1945-ci illərdə Azərbaycanın 600 mindən çox igid oğlu və qızı cəbhəyə yollanıb və onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb. Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunub, 130 dan çox azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

Tədbirdə şagirdlərin ifasında qələbəyə aid şeirlər, mahnılar və rəqslər ifa edilib.

Sonda tədbir iştirakçıları Faşizim üzərində Qələbə günü münasibəti ilə “Qələbə günü- bəşəri ehtiram günü” adlı sərgi ilə tanış olublar.