Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şabran rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş konfrans tədbiri keçirilib.

08.05.2024

08 may 2024-cü il tarixində Şabran rayon Heydər Əliyev Mərkəzində YAP Şabran rayon təşkilatının və Şabran rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş konfrans tədbiri keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov, Şabran rayon İcra Hakimiyyəti Başçısının birinci müavini və Şabran rayon İdarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra isə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər qeyd ediblər ki, Ulu öndər Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlayaraq öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olub. Geniş bilik və dərin təfəkkür sahibi olan Ümummilli lider düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etdib.

Keçilən yolun qısa təhlili əsasında belə bir ümumiləşdirməni fəxrlə qeyd edirik ki, ulu öndər Heydər Əliyev müstəqilliyimizin, Prezident İlham Əliyev isə torpaqlarımızın xilaskarı kimi adlarını tarixə qızıl həriflərlə yazıblar.

Tədbirin sonunda Ümumilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə dair videoçarx nümayiş olunub.