08.05.2024
08.05.2024-cü il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi və B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzi tərəfindən mədəniyyət işçilərinin iştirakı ilə Azərbaycan xalqının Ümummilli lideri,Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev irsi milli sərvətimizdir” adlı tədbir keçirilib.Tədbir iştirakçıları əvvəlcə Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi tərəfindən Mədəniyyət Mərkəzinin foyesində təşkil olunmuş kitab və rəsm sərgisinə baxış keçirib. Daha sonra tədbir Mədəniyyət Mərkəzinin akt zalında davam etdirilib. İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın müstəqilliyi, və azadlığı uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər dahi şəxsiyyət Heydər Əliyevin keçdiyi şərəfli ömür və əmək fəaliyyətindən bəhs edərək, müstəqil Azərbaycan dövlətinin qurulmasında, qorunub-saxlanılmasında, gənc nəsillərə çatdırılmasında göstərdiyi müstəsna xidmətlərdən danışıblar. Tədbirdə Ulu öndərə həsr olunmuş videoçarx nümayiş etdirilib. Tədbir çərçivəsində YAP sıralarına üzv seçilmiş bir qrup mədəniyyət işçisinə vəsiqələr təqdim olunub.
Tədbir B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzi tərəfindən hazırlanmış “Yaşa mənim xalqım” adlı konsert proqramı ilə davam edib.