Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Sən elə bir zirvəsən ki!” adlı dəyirmi masa keçirilib.

10.05.2024

 

10 may 2024-cü il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Siyəzən rayon Mədəniyyət Mərkəzində Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatı və Siyəzən rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu

Öndər Heydər Əliyevin 101 illiyi ilə əlaqədar “Sən elə bir zirvəsən ki!” adlı dəyirmi masa keçirilib.

Tədbirdə Siyəzən rayon Mədəniyyət Mərkəzinin direktoru, YAP-nın Siyəzən rayon təşkilatının

əməkdaşları,rayon ictimaiyyəti,Siyəzən rayon idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarmızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əzəz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlayaraq öz xalqına sıx bağlılığın, milli dövlətçilik

məfkurəsinə sadiqliyin canlı təccəsümü olub. Geniş bilik və dərin təfəkkür sahibi olan Ümummilli lider düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövürlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll edib.