Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Sağlam ailə-sağlam gələcəyin təminatıdır” adlı tədbir keçirilib.

14.05.2024

 

14.05.2024-cü il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Siyəzən rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Mərkəzi Kitabxanada 15 may – Beynəlxalq Ailə Günü ilə əlaqədar "Sağlam ailə-sağlam gələcəyin təminatıdır" adlı tədbir keçirilib.

Tədbirdə Siyəzən Rayon İcra Hakimiyyətinin məsul işçisi, Yeni Azərbaycan Partiyasının Siyəzən rayon təşkilatının sədr müavini, Siyəzən rayon İcra Hakimyyətinin Eynibulaq kənd nümayəndəsi, Siyəzən rayon Gənclər Evinin direktoru və əməkdaşları, Siyəzən rayon Peşə məktəbinin, Siyəzən şəhər 5 saylı orta məktəbin müəllimləri,rayon ziyalıları və mədəniyyət işçiləri iştirak ediblər.

Tədbirdə 15 may – Beynəlxalq Ailə Günü barədə danışılıb və qeyd olunub ki, Beynəlxalq Ailə Günü BMT-nin Baş Assambleyasının qətnaməsinə müvafiq olaraq 1994-cü ildən qeyd olunur. Azərbaycan 2008-ci ildən bu ənənəyə qoşulub. Respublikamızda Ailə bayramının qeyd olunması dövlət qadın siyasətinin əyani təcəssümüdür. Ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, ailədə sülh və dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin təbliği ən vacib məsələlərdəndir.

Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan, hazırda Prezident cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən ailə siyasəti tarixi keçmişimizə, min illərdən süzülüb gəlmiş milli-mənəvi dəyərlərimizə və əsrlərlə formalaşmış ailə münasibətlərinə əsaslanır deyə vurğulayıblar.

Sonda xatirə şəkili çəkilib.