Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Siyəzən rayon Mədəniyyət Mərkəzində Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş dəyirmi masa keçirilmişdir

11.12.2017

    11 dekabr 2017-ci il tarixində Siyəzən rayon Mədəniyyət Mərkəzində Ulu öndər ümumilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş dəyirmi masa keçirilmişdir. Tədbiri giriş sözü ilə Siyəzən rayon Mədəniyyət Mərkəzinin direktoru Ziyadə Dadaşova açaraq, Ulu öndər Heydər Əliyevin xatirəsini bir dəqiqə sükütla yad etməyi xahiş etdi. Çıxışının davamında Ziyadə xanım bildirdi ki,  bu gün müstəqil Azərbaycan dövlətinin dinamik inkişaf edərək beynəlxalq aləmdə öz layiqli yerini tutmasına görə xalqımız ümummilli lider Heydər Əliyevə borcludur. Dahi lider Heydər Əliyevin 1993-cü ilin iyununda yenidən hakimiyyətə qayıdışı qısa bir müddətdə Azərbaycanı düşdüyü fəlakətlərdən xilas etmişdir. Çıxış üçün söz Heydər Əliyev Mərkəzinin direktoru Ramilə Seyidovaya verildi, o da çıxışında, ümummilli lider Heydər Əliyevin ictimai həyatın bütün sahələrində həyata keçirdiyi uğurlu siyasətdən danışdı. Qeyd etdi ki, Ümummilli liderin siyasi kursu bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir və öz bəhrələrini Azərbaycan xalqının sosial yüksəlişində bariz surətdə göstərir.