Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Rəngli düşüncələr” adlı sərgi keçirilib.

22.05.2024

 

22 may 2024-cü il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Xaçmaz rayon Heydər Əliyev Mərkəzində "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Xaçmaz rayon Üçgün Qışlaq kənd tam orta məktəbinin 11 -ci sinif şagirdi Dadaşov Turan Yalçın oğlunun rəsm əsərlərindən ibarət "Rəngli düşüncələr" adlı sərgi keçirilib.

Tədbirdə Xaçmaz rayon ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivləri iştirak edib

Əvvəlcə məktəblilər Turan Dadaşovun Mərkəzin foyesində sərgilənən rəsm əsərlərinə baxış keçirib, daha sonra Mərkəzin direktoru Könül Əskərova tədbirin mahiyyəti haqqında məlumat verərək bildirib ki, belə tədbirlərin keçirilməsində məqsəd yaradıcı gəncləri üzə çıxarmaq və ictimaiyyətə tanıtmaqdır.

Daha sonra Üçgün Qışlaq kənd tam orta məktəbinin drektoru, sinif müəllimi və sinif rəhbəri Turanın bacarıqlı şagird olması ilə yanaşı dərslərinə diqqət yetirən, sakit təbiətli, müəllimlərinin sözündən çıxmayan şagird olduğunu vurğulayıb.

Sonda Turan Dadaşova Xaçmaz rayon Heydər Əliyev Mərkəzi tərəfindən fəxri-fərman təqdim olunub və xatirə şəkilləri çəkilib.