22.05.2024
22 may 2024-cü il tarixində Şabran rayon Heydər Əliyev Mərkəzində “Həyat dəyərlidir, onu narkotikə qurban vermə!” adlı tədbir keçirilib.
Tədbir Şabran rayon Heydər Əliyev Mərkəzi ,Yeni Azərbaycan Partiyası Şabran rayon Təşkilatı və Şabran rayon Polis şöbəsinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Şabran rayon Təşkilatının sədri Mehdi Balabəyov, Şabran rayon Polis şöbəsinin əməkdaşı, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Şabran rayonu üzrə nümayəndəs , Şabran rayon İcra Hakimiyyətinin əməkdaşları, Şabran rayon Mərkəzi Xəstəxanasının həkim narkoloqu, idarə təşkilat və müəssisələrin rəhbər və əmkdaşları və rayon ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri iştirak edib.
Çıxış edən qonaqlar qeyd ediblər ki, bəşəriyyət üçün bəla olan, irqindən, yaşından, dinindən asılı olmayaraq bütün xalqları , millətləri düşündürən ən ağrılı problemlərdən biri də narkomaniyadır. Silah, insan alveri, orqanların transferi kimi təhlükəli bəlalarla eyni səviyyədə qorxulu olan cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya (geniş mənada narkotizm) vurğulandığı kimi, sərhəd tanımayan, qlobal xarakter daşıyan beynəlxalq problemə çevrilib. Bu problemin həllinə xidmət edən mühüm addımlardan biri kimi xüsusi ilə yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsi prioritet məsələdir. Narkotik maddələrin gənclər və yeniyetmələr arasında daha çox yayılma təhlükəsini nəzərə alaraq, bir çox ölkələrdə “Narkotiksiz gələcək naminə” milli proqramların qəbulu da təbii ki, sağlam gələcəyimiz üçün məsuliyyət hissindən yaranan vətəndaş borcudur.