Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq Şabran rayon Heydər Əliyev Mərkəzində açıq dərslər keçirilmişdir.

11.12.2017

     Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq Şabran rayon Heydər Əliyev Mərkəzində 01-12 dekabr ərəfəsində açıq dərslər keçirilmişdir.Bu tarixi dərslər zamanı əsasən rayon və kənd məktəblərindən olan şagirdlər iştirak etmiş və bununla yanaşı Mərkəzin ekskursiyasıçısı Mehriban Ömərova tərəfindən onlara dahi şəxsiyyətin zəngin və şərəfli ömür yolundan bəhs edən eksponatlar haqqında ətraflı məlumat verilmiş və kino zalında müstəqil Azərbaycanın qurucusu və memarı olan Heydər Əliyev haqqında ”Qayıdış” və “Qurtuluş” adlı filmlər göstərilmişdir.Dekabr ayının əvvəllərindən başlayaraq  Şabran rayon Heydər Əliyev Mərkəzinə gələn məktəblilərə qrafik üzrə tarix müəllimləri tərəfindən mühazirələr söylənilmişdir.

      Anım günü ilə əlaqədar olaraq Şabran rayon Heydər Əliyev Mərkəzinin və T.Abbasov adına rayon 1 saylı  tam orta məktəbin birgə təşkilatçılıgı ilə Mərkəzdə tədbir keçirilmiş və məktəblilər “O Heydər Əliyevdir ” adlı şer kompazisiyası ilə çıxış etmişlər.Bundan əlavə gələn ekskursiyaçıların daha geniş məlumat əldə etmələri üçün bukletlər hazırlanmış və onlara təqdim olunmuşdur.