Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Müstəqillik zirvəsi” mövzusunda dəyirmi masa keçirilib.

27.05.2024

 

25.06.2024-cü il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Xaçmaz rayon Mərkəzi Kitabxanasının Uşaq Şöbəsi və Mehman Babayev adına 1 saylı orta məktəbin 4-cü sinif şagirdlərinin iştirakı ilə Azərbaycan Respublikası günü ilə əlaqədar “Müstəqillik zirvəsi” mövzusunda dəyirmi masa keçirilib.

Çıxış edənlər bu tarixi günün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olduğunu və Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyətinin istiqlalliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirdiyini bildirib.

Tədbirdə fəal oxucular vətənə, torpağa, Ulu öndərimiz Heydər Əliyevə aid şeirlər söyləyiblər