Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şabran rayon Mərkəzi Kitabxanasında Kitab bayramı keçirilib.

29.05.2024

 

29 may 2024-cü il tarixində Şabran rayon Mərkəzi Kitabxanasında Ulu öndər Heydər Əliyevin 101 illiyinə həsr olunmuş “Ruhumuzun qidası kitabdır” adlı Kitab bayramı keçirilib.

Ulu öndərə, Yaşıl dünya naminə həmrəylik iiinə, Şəhidlərə həsr olunmuş, məktəblilər tərəfindən hazırlanan əl işlərindən, kitablardan düzəlmiş sərgilər qonaqlara təqdim olundu və onlara sərgilər haqqında məlumat verildi. Dövlət himni səsləndikdən sonra, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Aparıcı qeyd etdi ki, hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyatı zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu öndərin uzaqgörənliyi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.

Tədbirdə Şabran rayon İcra Hakimiyyətinin əməkdaşları, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Şabran rayonu üzrə nümayəndəsi, yerli yazarlar, şəhid ailələri, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxış edənlər bildiriblər ki, kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən çıraqdır.Kitab yarandığı gündən insanların dostu, yoldaşı, məsləhətçisi, bilik mənbəyi olmuşdur.

Qeyd edildi ki, müasir dövrdə kitabxananın qorunub saxlanması və dövlətin kitabxana siyasətinin formalaşması ulu öndərin Heydər Əliyevin adı ilə bağlıdı. Ulu öndərin kitaba, kitabxanaya verdiyi qiymət çox böyük olmuşdur və bugün bu siyasət onun layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirdə Şabran rayon 2№ li və 4№li orta məktəbin şagirdləri tərəfindən Ulu öndərə həsr olunmuş şeirlər , kitablar haqqında dahilərin dediyi müdrik kəlamlar səsləndi. Şabran rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivi və bədii qiraətçiləinin ifasında vətənpərvər ruhlu mahnılar və şeirlər ifa olundu.