Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Uşaqlar dünyanın bəzəyidir” adlı tədbir keçirilib.

30.05.2024

 

30 may 2024-cü il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Siyəzən rayon Heydər Əliyev Mərkəzində 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə “Uşaqlar dünyanın bəzəyidir” adlı əl işlərindən ibarət sərgi, məktəblilərin ifasında musiqili tədbir keçirilib.

Tədbirdə Siyəzən rayon İcra Hakimiyyətinin məsul işçisi, Siyəzən şəhər ümumtəhsil məktəblərindən müəllim və şagirdlər, rayon idarə və müəssisələrindən, mədəniyyət işçiləri iştirak ediblər.

Tədbir Mərkəzin foyesində təşkil olunan Arzu Hüseynovanın uşaqlara həsr etdiyi əl işlərindən ibarət fərdi sərgisi ilə başlayıb, daha sonra məktəblilərin ifasında maraqlı proqramları ilə davam edib.

Tədbirdə çıxış edənlər balaca fidanları təbrik edərək onlara xoşbəxt, sevincli və uğurlu bir həyat yolu arzulayıblar.

Sonda iştirakçılarla xatirə şəkilli çəkilib.