30.05.2024
30.05.2024-cü il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Siyəzən rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Mərkəzi Kitabxanada "1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü" nə həsr olunmuş, "Uşaqlara dair dövlət strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün fəaliyyət Planına uyğun olaraq "Dünyanın bəzəyi uşaqlar" adlı tədbir keçirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyasının Siyəzən rayon təşkilatının əməkdaşları, təhsil və mədəniyyət işçiləri, məktəblilər iştirak ediblər.
Tədbirdə uşaqların müdafiəsi, hüquqları ilə bağlı dövlət qayğısı, onların dinc və sülh şəraitində böyüməsi, təhsil və sağlamlıq qayğılarının daima dövlətimizin diqqət mərkəzində olması ilə bağlı çıxışlar səsləndirilib.
Dünyanın qaynar nöqtələrində uşaqların ağır şəraitdə yaşaması, evlərini, valideynlərini itirmə, aclıq, səfalət təhlükəsi ilə üz-üzə yaşaması qətiyyətlə pislənilib.
Tədbirdə Siyəzən şəhər 2 ,5 saylı tam orta məktəblərinin şagirdlərinin ifasında "Naz eləmə", "Günəş" rəqsləri ifa edilib.