Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Şən uşaqlar, xoşbəxt gələcək” mövzusunda tədbir keçirilib.

31.05.2024

 

31 iyun 2024-cü il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Quba Heydər Əliyev Mərkəzində 1 İyun – Uşaqların Beynəlxalq Müdafisi Günü münasibətilə Quba Heydər Əliyev Mərkəzinin, Vətən Naminə Şəhid ailələrinə Dəstək İctimai Birliyinin birgə əməkdaşlığı ilə ”Şən uşaqlar, xoşbəxt gələcək” adlı bayram tədbiri keçirilib.

Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin nümayəndələri, Şəhid ailələri, mədəniyyət işçiləri iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə bütün uşaqları təbrik edib və onlara göstərilən diqqət və qayğıdan danışıblar. Bildiriblər ki, ölkəmizdə uşaqlara qayğının dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşməsi Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin müəyyənləşdiridyi dövlət uşaq siyasəti bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbir konsert proqramı ilə davam edib. Uşaqların ifasında hazırlanmış maraqlı, rəngarəng bayram konserti tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Sonda Şəhid uşaqlarına bayram hədiyyələri, tədbir iştirakçılarına fəxri fərmanlar təqdim edilib və bayram tortu kəsilib.