Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Siyəzən rayon Mədəniyyət Mərkəzində “Uşaqlar dünyanın bəzəyidir”adlı bayram şənliyi keçirilib.

31.05.2024

31may 2024-cü il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Siyəzən rayon Mədəniyyət Mərkəzində 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar Siyəzən Gənclər evi və Siyəzən rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Uşaqlar dünyanın bəzəyidir”adlı kütləvi bayram şənliyi keçirilib.

Tədbirdə Siyəzən rayon İcra Hakimiyyətinin məsul işçiləri, Siyəzən Gənclər evinin əməkdaşları, ümumtəhsil məktəblərinin şagirdləri, mədəniyyət işçiləri və rayon sakinləri iştirak ediblər.

Tədbirdə maraqlı səhnəciklər, rəqslər, şən mahnılar uşaqların böyük sevincinə səbəb olub.