10.06.2024
10.06.2024-cü il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Şabran Tarix Diyarşünaslıq Muzeyində 15 İyun – Milli Qurtuluş günü ilə əlaqədar "Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifəsi" adlı tədbir keçirilib.
Tədbirdə Şabran rayon İcra Hakimiyyəti başçısının Sosial - İqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin Aparıcı məsləhətçisi, qazilər və şəhid ailələri, Şabran şəhəri T.Abbasov adına 1 saylı tam orta məktəbin və Sincanboyad kənd tam orta məktəbin şagird və müəllim kollektivləri iştirak ediblər.
Tədbirdə çıxış edənlər 15 İyun – Milli Qurtuluş Gününün tariximizə qızıl hərflərlə yazıldığını, Azərbaycan xalqının taleyində böyük ictimai, siyasi, tarixi əhəmiyyətə malik gün olduğunu qeyd ediblər. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyev olmuşdur.
Sonda daima şəhid ailələrinin yanında olan və rayonun ictimai işlərində yaxından iştirakina görə Əzizov Zaur Bəhram oğlu Şabran Tarix Diyarşünaslıq Muzeyinin "Fəxri Fərmanı" ilə təltif edilib və xatirə şəkilləri çəkilib.