Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Müstəqillikdən Qurtuluşa” mövzusunda dəyirmi masa keçirilib.

11.06.2024

 

11 iyun 2024-cü il tarixdə Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin və Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 15 iyun-Milli Qurtuluş Günü ilə əlaqədar “Müstəqillikdən Qurtuluşa” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə Siyəzən rayonu üzrə gənclər və idman sektorunun aparıcı məsləhətçisi, Yeni Azərbaycan Partiyasının Siyəzən rayon Təşkilatının əməkdaşları, Siyəzən şəhər ümumtəhsil məktəblərindən nümayəndələr, gənclər, idarə və müəssisələrdən, mədəniyyət işçiləri iştirak edib.

Dəyirmi masada çıxış edənlər bildirdilər ki,  tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyun tarixi də belə tarixi günlərdən ən önəmlisidir. Belə ki, həmin dönəmdə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanı böyük bəladan–parçalanma təhlükəsindən qurtarmışdır. Vətənini, xalqını sevənlər, çətin günlərin ağrılarını, dəhşətlərini yaşayanlar, hadisələri görənlər üçün 15 iyun əsl Qurtuluş Günü, Azərbaycan dövlətçiliyinin ölüm-dirim mübarizəsinin tarixidir. Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri etdi, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrilib.

Müstəqil Azərbaycan dövləti durduqca Heydər Əliyevin əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq və heç vaxt unudulmayacaqdır.

Çıxışlardan sonra digər iştirakçıların da fikirləri dinlənilib.