Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Azadlığa gedən yol” adlı tədbir keçirilib.

11.06.2024

 

11.06.2024-cü il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Xaçmaz Tarix Diyarşünaslıq muzeyinin Döyüş Şöhrəti və Xalça muzeyi filiallarının birgə təşkilatçılığı ilə 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş "Azadlığa gedən yol" adlı tədbir keçirilib.

Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, vətən müharibəsi iştirakçıları, şəhid ailələri, məktəblilər, Xaçmaz rayon İcra hakimiyyətinin Şəhid ailələri və müharibə veteranları ilə iş şöbəsinin əməkdaşları iştirak edib.

Tədbir dövlət himninin səslənməsi və vətən torpağı uğrunda canlarından keçmiş Şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Qeyd olunub ki, bəzi tarixi günlər xalqın gələcəyini müəyyən edən böyük başlanğıcların əsasını qoyur. Tariximizə 1993-cü ilin 15 iyun tarixində Milli Qurtuluş Günü kimi daxil olan bu gün  böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik gündür. Vətənini, xalqını sevənlər, çətin günlərin ağrılarını, dəhşətlərini yaşayanlar üçün 15 iyun əsl Qurtuluş Günü, Azərbaycan dövlətçiliyinin ən mürəkkəb dövrünün tarixidir. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası müstəqilliyini elan etdi. Əsrin əvvəlindən fərqli olaraq, bu dəfə müstəqilliyin ömrü əbədi olmalı idi. Müstəqilliyin ilk illərində ölkədə özbaşınalıq hökm sürürdü, orduda vəziyyət ağır idi. Erməni təcavüzü güclənirdi. Azərbaycanda hakimiyyət boşluğu yaranmışdı. Məhz belə bir dönəmdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas olub.

Tədbir Xaçmaz rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin və Xudat bölməsinin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya ilə davam edib. Rəngarəng mahnı və rəqslər ifa edilib, şerlər səslənib. Gənc müğənni Fərhad Mərdin ifasında mahnılar səslənib.

Sonda Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.