12.06.2024
12 iyun 2024-cü il tarixində Şabran rayon Heydər Əliyev Mərkəzində 15 iyun Milli Qurtuluş günü ilə əlaqədar olaraq “Əzəli və əbədi Azərbaycanı yaradan əbədi lider” adlı tədbir keçrilib.
Tədbirdə Şabran rayon İcra Hakimiyyəti Başçısının müavini, YAP Şabran rayon Təşkilatının Sədri, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayon Sektorunun müdiri, Şabran rayon Bələdiyyəsinin sədri, Şabran rayon Mərkəzi Xəstəxanasının baş həkimi, Şabran rayonun idarə müəsissə və təşkilatlarının rəhbər və əməkdaşları, mədəniyyət müəssisələrinin rəhbər və əməkdaşları iştirak ediblər.
İlk öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, daha sonra Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən qonaqlar vurğuladılar ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir. Daha sonra tədbir şeir və Şabran şəhər Uşaq Musiqi Məktəbinin kollektivinin ifa etdiyi musiqilərlə davam etdirilib.