13.06.2024
13 iyun 2024-cü il tarixində 15 iyun Milli Qurtuluş günü münasibəti ilə Siyəzən şəhər parkında Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi və Siyəzən rayon İcra Hakimiyyətinin birgə dəstəyi, Siyəzən rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Şanlı Azərbaycan!” adlı konsert keçirilib.
Konsertdə İcra Hakimiyyətinin nümayəndələri, mədəniyyət işçiləri və rayon sakinləri iştirak edib.
Konsert də Siyəzən rayon Mədəniyyət Mərkəzinin bədii özfəaliyyət kollektivi maraqlı proqram ilə çıxış edib.