Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qubada Oxu Bayramı keçirilib.

12.06.2024

12.06.2024-cü il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin  təşkilatçılığı ilə Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi tərəfindən B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzinin qarşısında Azərbaycan xalqının Ümummilli lideri Ulu öndər  Heydər Əliyevin 101 illik yubileyinə və 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasına həsr olunmuş “Oxu bayramı” keçirilib. 

Tədbirdə Quba RİH-nin başçısı İlqar Mahmudov və nümayəndələri, mədəniyyət işçiləri, rayon sakinləri, ziyalıları və gəncləri iştirak ediblər.

Çıxış edənlər ölkəmizdə kitabxana işi sahəsində uğurla aparılan möhtəşəm quruculuq işlərindən, Azərbaycan Respublikası Prezidentinin silsilə Fərman və Sərəncamlarından, kitabxana-informasiya sahəsindəki yeniliklərdən, kitabxanalardakı işin müasir tələblərə uyğun qurulmasından danışıblar.

Tədbir çərçivəsində “Oxu Bayramı”nda fəal iştirak edən kitabxana əməkdaşları və fəal oxucular Fəxri Fərmanlarla təltif olunublar.Bayram tədbiri Quba Uşaq İncəsənət Məktəbinin və Quba Uşaq Musiqi Məktəbinin kollektivlərinin ifasında konsert proqramı ilə davam edib.

Sonda xatirə şəkli çəkilib