Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Qurtuluşdan zəfərə “ adlı tədbir keçirilib.

13.06.2024

 

13.06.2024 – cü il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzində qazi və şəhid ailələrinin iştirakı ilə 15 iyun – Milli Qurtuluş günü münasibəti ilə “Qurtuluşdan zəfərə “ adlı tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açılıb və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhadət zirvəsinə ucalmış şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib .

Ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə incəsənət xadimələrinin ifalarında musiqilər dinlənilib.

“ İlham çeşməsi “ elmi ədəbi məclisinin üzvləri vətənpərvərlik mövzusunda şeirlər səsləndirib.

Sonda tədbir iştirakçıları ilə xatirə şəkili çəkilib.