Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“İncə sədəfli aləm” adlı kəlağayıya həsr olunmuş sərgi keçirilib.

03.07.2024

“İncə sədəfli aləm” adlı kəlağayıya həsr olunmuş sərgi keçirilib.

03 iyul 2024-cü il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Siyəzən rayon Heydər Əliyev Mərkəzində “İncə sədəfli aləm” adlı kəlağayıya həsr olunmuş sərgi keçirilib.

Sərgidə YAP Siyəzən rayon təşkilatının, Siyəzən Gənclər evinin əməkdaşları, idarə və müəssisələrdən, mədəniyyət işçiləri, gənclər, rəssamlar, rayon sakinləri iştirak edib.

Tədbirdə çıxış edənlər bildiriblər ki, 2014-cü ildə kəlağayı UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilib. Kəlağayı gözəllik, ismət, ləyaqət, ehtiram, sədaqət rəmzi olmaqla yanaşı, özündə Odlar Yurdu Azərbaycanın qədim tarixini, mədəniyyətini, adət-ənənələrini yaşadır.

Tədbirdə istedadlı rəssamların əl işlərindən ibarət rəsmlər sərgilənib, həmçinin gənc xanımların təqdimatında kəlağayılar nümayiş olunub.

Daha sonra milli musiqi nümunələri ifa olunub