Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Mütaliə mədəniyyətinin inkişafı üçün çoxtərəfli əməkdaşlığın qurulıması üzrə təşəbbüslər və fəaliyyətlər” adlı layihəsi çərçivəsində tədbir keçirilib.

06.07.2024

 

06 iyul 2024-cü il tarixində Quba rayon MKS-nin mərkəzi kitabxanasının oxu zalında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Kitab Evi” İctimai Birliyi “Mütaliə mədəniyyətinin inkişafı üçün çoxtərəfli əməkdaşlığın qurulıması üzrə təşəbbüslər və fəaliyyətlər” adlı layihəsi çərçivəsində tədbir keçirilib.

Tədbirdə AYB-nin üzvü, yazıçı-tədqiqatçı Adilə Nəzərova, yazıçı Həcər Paşayeva, AYB-nin Quba bölməsinin sədri, şair Ramiz Qusarçaylı, kitabxana əməkdaşları və oxucuları iştirak edib. Tədbirdə çıxış edənlər layihə haqqında geniş məlumat verərək, bu kontekstdə hələ çox işlərin görülməsinə ehtiyac olduğunu bildiriblər. Qeyd edilib ki, vətəndaşlarımızın, o cümlədən, yeniyetmə və gənclərimizin kitabxanalardan daha çox faydalanmasını təmin etmək üçün kitabxanalar iş vaxtından kənarda da oxucularımıza xidmət göstərmək məqsədilə elektron kitabların pulsuz istifadəsinə çalışmalıdırlar. Çıxışlarda bildirilib ki, layihənin məqsədi vətəndaşların, xüsusilə də gənclərin özünü, tarixini, mədəniyyətini və dünyanı tanımaq yolunda elmi məlumatlar və beynəlxalq uğurlu təcrübə nümunələri işığında mütaliəyə həvəsləndirmək, onlarda mütaliəyə müsbət münasibət inkişaf etdirmək və oxu vərdişi yaratmaqdır.

Tədbirin sonunda kitabxananın fəal oxucularından olan orta məktəb şagirdləri “Kitab Evi” İctimai Birliyinin “Fəxri Fərman”ı ilə təltif olunublar.

Layihə çərçivəsində tədbir iştirakçılarına bədii kitablar, dəftərxana ləvazimatları və üzərində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və “Kitab Evi” İctimai Birliyinin loqoları əks olunmuş köynəklər paylanıb.