Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qusarda “14 iyul 1969-cu il- Tərəqqi yolunun başlanğıcı” mövzusunda konfrans keçirilib.

14.07.2024

 

   Qusar rayon Heydər Əliyev Mərkəzində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi və Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 55 -ci ildönümünə həsr olunmuş "Tərəqqi yolunun başlanğıcı" mövzusunda konfrans keçirilib.

Konfransda rayon mədəniyyət müəssisələrinin əməkdaşları, partiya əməkdaşları və fəalları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Konfransda çıxış edən natiqlər 1969-cu ilin 14 iyulunda Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsini ölkəmizin müstəqillik tarixinin, parlaq və işıqlı yolunun başlanğıcı kimi qiymətləndiriblər. Qeyd olunub ki, Ümummilli Lider 1969-cu ilə qədər keçmiş SSRİ-nin aqrar respublikası kimi tanınan Azərbaycanı inkişaf etmiş sənaye ölkəsinə, mədəniyyəti ilə bütün dünyada tanınan bir ölkəyə çevirərək bugünkü müstəqilliyimizin təməlini qoyub.

Konfransın sonunda YAP sıralarına yeni qoşulan üzvlərə vəsiqələr təqdim olunub, Heydər Əliyevlə bağlı videorolik və sərginin nümayişi baş tutub.