Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Bir qələbənin proloqu” adlı sənədli film nümayiş olunub.

15.07.2024

 

15 iyul 2024-cü il tarixdə Şabran rayon Heydər Əliyev Mərkəzində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun və Şabran rayon Heydər Əliyev Mərkəzinin birgə iştirakı ilə “Bir qələbənin proloqu” adlı sənədli film nümayiş olunub.

Tovuz döyüşlərinin ildönümünün qeyd olunması, gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsi və ordumuzun qazandığı uğurların təbliğ olunması məqsədilə keçirilmiş tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə rayonun idarə müəssisə və təşkilatlarında çalışan işçilər və gənclər iştirak edib

Çıxış edənlər qeyd ediblər ki, Azərbaycanın hərb tarixinə zəfər döyüşü kimi daxil olan Tovuz döyüşlərində ordumuz düşmənin hər cür təxribatlarının və gözlənilməz hücumlarının qarşısını qətiyyətlə almışdır. Azərbaycan ordusu bir daha göstərdi ki, Ermənistan ordusu onun gücü qarşısında aciz və zəifdir.

Sonda Müzəffər Azərbaycan Ordusunun Tovuz döyüşlərində düşmən üzrərində qazandığı parlaq qələbəni əks etdirən “Bir qələbənin proloqu” adlı sənədli film nümayiş olunub.