21.08.2024
21 avqust 2024-cü il tarixdə ölkəmizdə 21 avqust–21 sentyabr tarixlərini əhatə edən “Sülh aylığı” çərçivəsində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Siyəzən rayon Mədəniyyət Mərkəzində Quba-Xaçmaz Regional İdman İdarəsinin Siyəzən rayonu üzrə gənclər və idman sektorunun və Siyəzən rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Sülh naminə həmrəy olaq” mövzusunda maarifləndirici tədbir keçirilib.
Rayon Mədəniyyət Mərkəzinin konfrans zalında təşkil olunan tədbirdə Siyəzən rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı, mədəniyyət işçiləri, rayon ümumtəhsil məktəblərindən nümayəndələr, rayon ziyalıları, fəal gənclər çıxış edərək sülhün əhəmiyyəti barədə iştirakçılara ətraflı məlumat veriblər. Çıxış edənlər insan hüquqlarından ən önəmlisinin təhlükəsiz yaşamaq hüququ olduğu, bu hüququn isə yalnız sülh və dinc şəraitində yaşamaq mümkünlüyü xüsusi olaraq vurğulanıb.
Çıxışlardan sonra tədbir müzakirə formasında davam edib.