Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Bütöv Azərbaycan naminə” adlı tədbir keçirilib.

18.09.2024

 

18.09.2024- cü il tarixində Xaçmaz Tarix Diyarşünaslıq muzeyinin Döyüş Şöhrəti və Xalça muzey filiallarının birgə təşkilatçılıgı ilə antiterror əməliyyatlarına həsr olunmuş ”Bütöv Azərbaycan naminə" adlı tədbir keçirilib. 

Tədbirdə  44 günlük Vətən müharibəsində və antiterror əməliyyatlarında iştirak etmiş veteranlar, şəhid ailələri, ictimaiyyət və media nümayəndələri, məktəblilər iştirak edib.

Dövlət himninin səsləndirilməsi və vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbir çıxışlarla davam edib.

Tədbirdə böyük Zəfərə gedən çətin və şərəfli yol, ali baş komandanın rəhbərliyi ilə müzəffər ordumuzun şanlı qələbəsi, Azərbaycan torpaqlarının 30 illik işğaldan azad edilməsi, ərazi bütövlüyünün bərpa edilməsi ilə bağlı çıxışlar səslənib. Qeyd olunub ki, antiterror əməliyyatları Vətən müharibəsinin məntiqi ardıcıllığı idi. Məhz bu əməliyyatlar nəticəsində üçrəngli bayrağımız Xocalıda, Xankəndidə dalğalanıb.Milli qürurumuz bərpa olunub.

Tədbirdə Azərbaycan Ordusunun

19 sentyabr 2023-cü il antiterror əməliyyatları zamanı həlak olmuş şəhidlərimizə həsr olunmuş videoçarx nümayiş olunub və böyük qələbəyə  həsr olunmuş bədii proqramla davam edib. Xaçmaz şəhər Mehman Babayev adına 1 nömrəli məktəbin 4-cü şagirdlərinin ifasında vətənpərvər ruhlu şeirlər və mahnılar səsləndirilib.