18.10.2024
“Fəlakət konfetləri" tamaşası nümayiş olunub
Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzində Xaçmaz rayon İcra Hakimiyyətinin və Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Xaçmaz Xalq Teatrı tərəfindən narkomaniyanın fəsadlarından bəhs edən “Fəlakət konfetləri" tamaşasının təqdimatı olub.
Təqdimat mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, ağsaqqallar, ziyalılar və məktəblilər iştirak ediblər. Müəllifi yerli şair Nəzər Mirzəyev olan tamaşada rolları Xaçmaz Xalq Teatrının aktyorları səhnələşdiriblər. Səhnə əsəri maarifləndirici xarakter daşıyır.
Çıxış edənlər əsrin bəlasına çevrilmiş narkomaniyanın fəsadlarından, bu qorxulu bəlaya qarşı aparılan mübarizə tədbirlərindən danışıb. Qeyd olunub ki, sağlam həyat tərzinin təbliği, gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması, asudə vaxtlarının səmərəli təşkili, sağlamlıq və yaradıcılıq fəaliyyətlərinin genişləndirilməsi daim diqqət mərkəzində saxlanılmalıdır. Bu işdə maarifləndirmə tədbirlərinin rolu böyükdür.