Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Narkomaniyaya qarşı mübarizə hər kəsin işidir” adlı dəyirmi masa keçirilib

21.11.2024

 

21.11.2024-cü il tarixində saat 11:00-da Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Qusar rayon Mədəniyyət Mərkəzində  narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Narkomaniyaya qarşı mübarizə hər kəsin işidir" adlı dəyirmi masa keçirilib.

  Tədbirdə Qusar rayon Mədəniyyət Mərkəzi və filiallarının əməkdaşları, rayon sanitar-epidemiologiya mərkəzinin əməkdaşı, yeniyetmə gənclər iştirak ediblər. 

Tədbirdən öncə Ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Dəyirmi masada çıxış edənlər qeyd ediblər ki, ölkə Prezidenti İlham Əliyevin imzaladığı"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı"nda nəzərdə tutulan məsələlərin həlli istiqamətində ölkəmizdə də uğurlu addımlar atılır. Bu beynəlxalq problemin həlli istiqamətində,xüsusilə yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin gücləndirilməsi  prioritet məsələlərdən biridir. Bu gün biz hamılıqla dünyanı ağuşuna alan narkomaniyaya, "ağ ölüm"ə "yox" deyib, bu dəhşətli bəlaya qarşı birgə mübarizə aparmalıyıq.

Tədbirdə iştirak edən yeniyetmə gəncləri maraqlandıran suallar cavablandırılıb.

Sonda narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş 2 videoçarx nümayiş etdirilib.