25.11.2024
25 noyabr 2024-cü il tarixində Mədəniyyət İşçiləri Həmkarlarlar İttifaqları Qusar rayon Komitəsi, Qusar rayon Heydər Əliyev Mərkəzi və Qusar rayon Qadın Resurs Mərkəzinin birgə təşkilatçılığı ilə 25 noyabr- Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü ilə bağlı “Qadınlara qarşı zorakılığa yox deyək!" mövzusunda tədbir keçirilib.
Tədbirdə gənc hüqüqşünas, psixoloq, mədəniyyət müəssisələrinin əməkdaşları və Qadın Resurs Mərkəzinin fəal xanım üzvləri iştirak ediblər.
Çıxış edən natiqlər ailə və cəmiyyətin ictimai həyatında qadınların rolundan, ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının təmin edilməsi və müdafiə olunması dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu vurğulayıblar.
Tədbir iştirakçıların sualları cavablandırılıb və müzakirələrlə davam etdirilib.