Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Xatirələrdə yaşayacaq ömür” adlı tədbir keçirilib.

02.12.2024

"Xatirələrdə yaşayacaq ömür" adlı tədbir keçirilib.

Quba-Xacmaz Regional Mədəniyyət idarəsi Siyəzən rayon Mədəniyyət mərkəzində gözəl insan, Uşaq İncəsənət məktəbinin sabiq direktoru Rəhim Rəhmət oğlu Bağırovun 70 illik yubleyinə həsr olunmuş, "Xatirələrdə yaşayacaq ömür" adlı xatirə gecəsi keçirilib.

Tədbirdə Siyəzən rayon İcra hakimiyyətinin və YAP Siyəzən təşkilatının məsul işciləri, ümümtəhsil məktəblərinin müəllimləri, rayon içtimaiyyətinin nümayəndələri, Rəhim müəllimin yetirməsi respublikanın əməkdar artisti Səlim Abbasov iştirak edib.

Cıxış edənlər Rəhim müəllimin yüksək insani keyfiyyətlərindən, savadlı pedaqoq və gözəl ailə başçısı olduğundan danışıblar. Onlar bildirdilər ki, rayonumuzda musiqiçi kadrların yetişməsində Rəhim müəllimin əvəzsiz xidmətləri olub.