Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Yaşıl dünya uşaqların gözü ilə” adlı tədbir sərgi keçirilib.

02.12.2024

 

02.12.2024 cü il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Xaçmaz Tarix Diyarşünaslıq muzeyi, filialları Xalça muzeyi və Döyüş Şöhrəti muzeyinin, Xaçmaz UGİM-nin Xudat bölməsinin birgə iştirakı ilə "Yaşıl Dünya naminə həmrəylik ili" nə həsr olunmuş " Yaşıl dünya uşaqların gözü ilə" adlı tədbir sərgi  keçirilib.

Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, mədəniyyət işçiləri, məktəblilər iştirak edib

   Tədbirdə mövzu ilə bağlı çıxışlar səslənib. Qeyd olunub ki, qlobal təhdidlərin, qlobal qarşıdurma və çəkişmələrin artdığı sırada iqlim dəyişikliyinin də dünyanın gələcəyi ilə bağlı ciddi narahatlıqlar yaratması fonunda Azərbaycanın həm iqlim məsələləri ilə məşğul olan dünya səvviyyəli COP29-a ev sahibliyi etməsi, həm də “Yaşıl dünya naminə həmrəylik ili”nin qeyd edilməsi əlamətdar hadisədir.

Ən vacib amillər sırasında bu mövzu ilə bağlı gənc nəslin maarifləndirilməsi, müxtəlif tədbirlərin, sərgilərin təşkilinin vacibliyi vurğulanıb.

   Daha sonra məktəblilərin ifasında ətraf mühitin, yaşıllıqların qorunması ilə bağlı şerlər və şüarlar səslənib.

   Sonda Xaçmaz UGİM-nin Xudat bölməsinin şagirdlərinin "Yaşıl Dünya naminə həmrəylik ili"nə həsr olunmuş rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.