Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

3 dekabr - Beynəlxalq Əlillər Günü ilə əlaqədar tədbir keçirilib.

03.12.2024

 

03.12.2024-cü il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Siyəzən rayon Mərkəzi Kitabxanası və Sosial Dayaq İctimai birliyinin birgə təşkilatçılığı ilə Siyəzən rayon Madaqaskar Uşaq Əyləncə Mərkəzində  3 dekabr - Beynəlxalq Əlillər Günü ilə bağlı tədbir keçirilib.

Tədbirdə Sosial Dayaq İctimai birliyinin sədri, Siyəzən rayon İcra Hakimyyətinin məsul işçisi, Yeni Azərbaycan Partiyasının Siyəzən rayon təşkilatının sədr müavini, hüquqşünas-vəkil, Siyəzən rayon Mərkəzi Xəstəxanasının direktoru, Siyəzən şəhər İnteqrasiya təlimli İnternat tipli Gimnaziyanın müəllim və şagirdləri, əlil uşaqlar, Siyəzən rayon Mərkəzi Kitabxanasının əməkdaşları ştirak ediblər.

Tədbirdə çıxış edənlər bildiriblər ki, BMT tərəfindən təsis olunan və 3 dekabrdan bütün dünyada keçirilən Beynəlxalq Əlillər Günü ulu öndər Heydər Əliyevin müvafiq sərəncamına əsasən 1994-cü ildən Azərbaycanda da hər il qeyd edilir. Ölkəmizdə sosial qayğıya ehtiyacı olan bütün insanlar kimi, əlillər də daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunurlar, onların bütün problemlərinin həlli üçün zəruri tədbirlər həyata keçirilir: “Cəmiyyətimizin ən dəyərliləri olan bu insanların hər zaman yanında olmaq, onlara sevinc bəxş etmək bir insan üçün ən ülvi hissdir”

Tədbirdə vurğulanıb ki, bu gün əlillərin rifahının yaxşılaşdırılması, onların problemlərinin həlli Prezident İlham Əliyevin daim diqqət yetirdiyi məsələlərdəndir.

Tədbirdə çıxış edənlər gündən-günə çiçəklənən Respublikamızda əlillərin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələrdən və onlara olan dövlət qayğısından ətraflı söhbət açıblar. Onlar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda uşaqlar xoş musiqi sədaları altında əyləniblər.