05.12.2024
05.12.2024-cü il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Qusar rayon Mədəniyyət Mərkəzində Mədəniyyət Mərkəzi və filiallarının əməkdaşlarının iştirakı ilə insan alverinə qarşı mübarizəyə həsr olunmuş "İnsan alverinə qarşı mübarizədə ictimaiyyətin rolu" adlı dəyirmi masa keçirilib.
Dəyirmi masada çıxış edənlər bildiriblər ki, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş"Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı"na əsasən ölkəmizdə insan alveri qurbanlarının sosial müdafiəsi və reabilitasiyası tədbirləri mühüm yer tutur. Qeyd olunub ki, BMT Baş Assambleyasının 2013-cü il dekabrın 18-də qəbul etdiyi qətnaməyə əsasən hər il 30 iyul tarixi Ümumdünya İnsan Alverinə qarşı Mübarizə Günü kimi qeyd edilir. Məqsəd insan alverinin mahiyyəti barədə məlumatlılığın artırılması, beynəlxalq ictimaiyyətin diqqətinin insan alveri qurbanlarının üzləşdiyi problemlərə yönəldilməsidir. Diskussiya formasında keçirilən dəyirmi masada sonda vurğulanıb ki, insan alverinə qarşı mübarizədə ictimaiyyət, o cümlədən mədəniyyət işçiləri də kənarda qalmamalıdır.