Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda anım tədbiri keçirilib

10.12.2024

10 dekabr 2024-cü il tarixdə Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Quba rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda anım tədbiri keçirilib. Tədbir Quba rayon Heydər Əliyev Mərkəzi və Quba Dövlət Sosial – İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə baş tutub. Əvvəlcə tədbir iştirakçıları tərəfindən Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında inşa olunan dünya şöhrətli siyasi xadim Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb, əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Mərkəzin bələdçisi tərəfindən Ümummilli Liderin həyat və fəaliyyəti, zəngin siyasi irsi, Azərbaycana rəhbərliyi illərində əldə olunmuş nailiyyətlər barədə ətraflı məlumat verilib.

Çıxış edənlər qeyd ediblər ki, Heydər Əliyev möhtəşəm quruculuq siyasəti ilə Azərbaycanın ən yeni tarixini yazmış fenomen şəxsiyyətdir. Bu siyasəti inamla davam etdirən dövlət başçısı İlham Əliyev isə ulu öndərin yaratdığı şanlı tarixi yaşatmaqla birlikdə, həm də artıq yeni dövlətçilik məktəbinin banisinə çevrilmiş, fəaliyyəti ilə yeni bir tarixi epoxanın əsasını qoymuşdur. bu gün Azərbaycanın qüdrətli dövlətə çevrilməsi, dinamik sosial-iqtisadi inkişafı, dünya birliyində öz layiqli yerini daha da möhkəmləndirməsi məhz Heydər Əliyevin ideyalarının yaşamasının, siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir.

Çıxışlardan sonra Quba Dövlət Sosial – İqtisadi Kollecin tələbələri arasında “Heydər Əliyevin irsi və Azərbaycan gəncliyi" mövzusunda panel müzakirəsi aparılıb.

Sonda xatirə şəkli çəkilib.