13.12.2024
13 dekabr 2024-cü il tarixində Şabran rayon Heydər Əliyev Mərkəzində "Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respuplikasının Prezidentinin müvafiq sərəncamına uyğun olaraq tədbir keçirirlib.
Şabran rayon Heydər Əliyev Mərkəzinin və Quba - Xaçmaz Regional Təhsil İdarəsi Şabran rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə 13 dekabr 2024-cü il tarixdə Heydər Əliyev Mərkəzində "Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illik yubileyi münasibətilə elmi- praktik konfras keçirilib. Tədbirdə rayon Ümumtəhsil müəssisələrinin müəllim və şagirdləri də iştirak edib. Konfransda ilk öncə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonar çıxış edən qonaqlar Naxçıvanın tarixi haqqında şagirdlərə geniş məlumat verərək qeyd ediblər ki, Ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən muxtar respublika parlamentinin 1990-cı il 17 noyabr tarixli sessiyasında muxtar respublikanın rəsmi adından «Sovet Sosialist» sözləri çıxarılmış, qanunverici hakimiyyət orqanının adı dəyişilərək Ali Məclis qoyulmuş, ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunmuşdur
. Sonda qısametrajlı film izlənilib.