08.01.2025
08.01.2025-ci il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Quba Tarix-Diyarşünaslıq Muzeyi və onun filialı Şəhidlər Muzeyinin birgə təşkilatçılğı ilə Vətən Müharibəsinin şəhidi Tamerlan Əliyevə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə şəhid anaları, şəhid Tamerlan Əliyevin ailə üzvləri, YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Quba RİH Başçısının müavini və əməkdaşı, şair Ramiz Qusarçaylı, Xüsusi təyinatlıların şəhid ailələri, qaziləri, veteranları ictimai birliyinin şimal bölgə sədri, Quba şəhəri Mehrab Niftəliyev adına texniki fənlər təmayüllü liseyin, Quba şəhər 2 ,3, 4 saylı məktəblərin müəllim və şagird kollektivləri iştirak ediblər.
Dövlət Himni ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpağlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Tamerlan Əliyev haqqında və torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ordumuzun göstərdiyi qəhramanlıqlardan danışıblar, bu cür tədbirlərin gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük rol oynadığını qeyd ediblər.
Məktəblilər şəhidlərimiz, ordumuz haqqında şeirlər söylədikdən sonra şəhidimizə həsr olunmuş video-çarx izlənilib.
Tədbir iştirakçıları sonda muzeydə şəhid Tamerlan Əliyevə həsr olunmuş sərgi ilə tanış olublar.