17.01.2025
17.01.2025 -ci il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzinin iştirakı ilə 20 yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş "Qan yaddaşımız" adlı tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə 20 yanvar faciəsindən bəhs edən kitab və rəsm sərgisi ilə tanış olublar. Sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı və müstəqilliyi uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə o zamankı, sovet imperiyasının Azərbaycanın paytaxtı Bakı şəhərində dinc əhaliyə qarşı törətdiyi qətliamdan söz açılıb. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin şəhidlərimizin müqəddəs missiyasını həyata keçirdiyi qeyd olunub.
Tədbirin bədii hissəsində 20 yanvar facəsinə həsr olunan şeir və mahnılar səsləndirilib.
Sonda müdhiş faciədən bəhs edən sənədli film nümayiş olunub.