17.01.2025
17 yanvar 2025-ci il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət idarəsinin Quba Heydər Əliyev Mərkəzinin əməkdaşları və gənclər Mərkəzdə 20 yanvar gecəsini əks etdirən “Qanlı Yanvar” adlı filmə tamaşa ediblər.
Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan qanlı Yanvar faciəsindən 35 il keçir. Hər il xalqımız bu günü həm böyük qürur, həm də ürəkağrısı ilə qeyd edib.
Xalqımızın şanlı tarixinə qızıl hərflərlə yazılmış 20 Yanvar şəhidləri heç vaxt unudulmayacaq, xalqımız var olduqca onların qəhrəmanlıq əməlləri daim anılacaqdır.