Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Unudulmayan tarix” adlı tədbir keçirilib.

17.01.2025

 

17.01.2025-ci il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Xaçmaz rayon Mərkəzi kitabxanasının Uşaq Şöbəsinin təşkilatçılığı və Mehman Babayev adına 1 saylı tam orta məktəbin şagirdlərinin iştirakı ilə “Unudulmayan tarix” adlı tədbir keçirilib.

Çıxış edənlər bildiriblər ki, bu il 20 Yanvar faciəsinin 35-ci il dönümüdür. Yanvarın 19-dan 20-ə keçən gecə Sovet ordusunun və erməni quldur dəstələrinin Azərbaycan xalqına qarşı terror aktı 20 yanvar Qorbaçov hakimiyyətinin cinayətkar imperiya siyasətinin xalqımıza qarşı törətdiyi ən ağır cinayətdir. Bu insanlığa qarşı törədilmiş ən ağır cinayət kimi bəşər tarixində qara nöqtə kimi qalacaqdır.

Daha sonra uşaqların ifasında 20 Yanvar faciəsinə həsr olunmuş şeirlər, səhnəcik və mahnı nümayiş olunub