Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Unutmayaq, unutdurmayaq“ adlı ədəbi–bədii rekviem kompozisiya nümayiş olunub.

17.01.2025

 

17 yanvar 2025-ci il tarixində Quba- Xaçmaz Regional Mədəniyyət İdarəsi Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzində 20 yanvar faciəsinin 35 illiyinə həsr olunmuş “Unutmayaq, unutdurmayaq“ adlı ədəbi – bədii rekviem kompozisiya nümayiş olunub.

Faciə qurbanlarının və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhadət zirvəsinə ucalmış şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edildi. Rekviem kompozisiyada 20 yanvar faciəsindən bəhs edən videoçarx nümayiş olunub, Xaçmaz Xalq Teatrının, məktəblilərin və yerli yazarların təqdimatında 20 yanvar faciəsindən bəhs edən şeirlər və musiqi parçaları səsləndirilib.

Tədbirdə mədəniyyət işçiləri, məktəblilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.