Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Şair, nə incədir rübabın sənin” adlı tədbir keçirilib.

31.01.2025

 

31.01.2025-ci il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanasının abonement bölməsinin fondunda şair, dramaturq, tərcüməçi Adil Babayevin 100 illik yubileyinə həsr olunmuş “Şair, nə incədir rübabın sənin” adlı tədbir keçirilib. Tədbirdə Mərkəzi kitabxananın əməkdaşları, tələbələr və kitabxananın fəal oxucuları iştirak ediblər.

 Çıxış edənlər bildiriblər ki, şair, tərcüməçi, dramaturq, Azərbaycan Yazıçılar İttifaqının üzvü, XX əsr Azərbaycan ədəbiyyatının ən istedadlı nümayəndələrindən biri Adil Babayevin 100 illik yubileyi respublikanın mədəniyyət müəssisələrində təntənə ilə qeyd olunur. Adil Babayev müasir Azərbaycan poeziyasının önəmli mümayəndəlrindən biri olub, yaradıcılığı ilə oxucuları düşündürən və dərin fəlsəfi məsələlərə toxunan bir şairdir. Adil Babayevin poeziyası, müasir Azərbaycan şeirinin incə və fəlsəfi tərəfini əks etdirən, eyni zamanda cəmiyyətin sosial və mədəni məsələlərinə də toxunan bir yaradıcılıqdı. Onun şeirlərində insanın öz varlığını axtarışı, həyatın mənası və bəşəri dəyərlər haqqında dərin düşüncələr təqdim olunur.

Tədbir çərçivəsində mərkəzi kitabxananın əməkdaşları, tələbələr və kitabxananın fəal oxucuları şairin məşhur şeirlərindən parçalar söyləyiblər.