Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”2 Fevral -Gənclər Günüdür” adlı sərgi tərtib edilib.

30.01.2025

 

30.01.2025-ci il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Qusar rayon MKS-nin Mərkəzi kitabxananın Oxu zalında 2Fevral-Gənclər Gününə həsr olunmuş "Gənclik və zaman" mövzusunda dəyirmi-masa keçirilib və "2 Fevral -Gənclər Günüdür" adlı sərgi tərtib edilib.

Tədbirdə kitabxana əməkdaşları, Qusar şəhər Peşə Litseyinin tələbə və müəllimləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Mərkəzi kitabxananın direktoru Gültəkin Pənahova açaraq gəncləri bayram münasibəti ilə təbrik etdi, onlara uğurlu gələcək arzuladı.

Çıxış edənlər qeyd etdilər ki, bu günki gənclik Ulu Öndərin tövsiyələrinə sadiq qalaraq ölkə Prezidenti Cənab İlham Əliyevin ətrafında sıx birləşərək müstəqil dövlətimizin daha da güclənməsi naminə əzmlə çalışırlar.

Sonda 2 Fevral Gənclər Gününə həsr olunmuş videoçarx nümayiş olunub və tədbir çay süfrəsi ilə davam etdirilib.