Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

2 Fevral Azərbaycan Gəncləri gününə və 2025-ci il Konstitusiya və Suverenlik ilinə həsr olunmuş tədbir keçirilib.

30.01.2025

 

Xaçmaz Tarix Diyarşünaslıq muzeyi və Xaçmaz Gənclər Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə 2 Fevral Azərbaycan Gəncləri gününə və 2025-ci il Konstitusiya və Suverenlik ilinə həsr olunmuş "Suverenlik gəncliyin gözü ilə" adlı tədbir keçirilib.

Diskussiya şəraitində təşkil olunmuş tədbirdə gənclərin konstitusiya və suverenlik anlayışı haqqında fikirləri dinlənilib.

Tədbirdə eyni zamanda, gənclərin iş, təhsil, asudə vaxtlarının səmərəli təşkili, könüllülük prinsipinə əsaslanan əmək fəaliyyətində qazanılan təcrübə və digər mövzularda diskusiya aparılıb.

Gənclərin təqdimatında "Suveren dövlətdə gəncliyin rolu" adlı layihənin müddəaları səsləndirilib